2022-ci ilin fevral ayından bəri davam edən Rusiya-Ukrayna müharibəsi səbəbindən minlərlə insan itkin düşüb. 

“Unikal” xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) açıqlayıb. 

Açıqlamada Rusiya-Ukrayna müharibəsi səbəbiylə 23 min adamın itkin düşdüyü qeyd edilib. Həmçinin deyilir ki, itkinlərin əsir götürüldüyü, öldürüldüyü və ya evlərini tərk etdiyi məlum deyil. 

Zərifə Nağıyeva