İran çinli məhbuslardan mənzil tikintisində istifadə edəcək.

"Unikal" xəbər verir ki, bu barədə İranın Mənzil və Bina Tikintisi Assosiyasiyasının katibi Ramin Guran deyib: 

“İranin özəl sektoru mənzil tikintisi üçün çox yaxşı imkanlara sahibdir. Bu sahədə Çin və ya digər ölkələrlə işləməkdə hər hansı çətinlik olacağını düşünmürəm, ancaq bizim gözləntimizin nə olduğunu aydınlaşdırmalıyıq.
Çin öz məhbuslarını mənzil tikintisi üçün İrana gətirəcək. Çində həbs edilənlər daha az əmək_haqqı ilə işləyirlər. Bu, yaxşı fikirdir. Çin hökuməti nəzarət altında olan məhbuslardan istifadə edir və onlar üçün xərclər azalır”, - deyə, o, əlavə edib.