Türkiyənin "Beşiktaş" klubu 21 yaşlı yarımmüdafiəçi Emirhan Dəlibaşla tanışlıq saytında hesabı olduğu üçün müqaviləyə xitam verib.

"Unikal" xəbər verir ki, bu barədə "Sporx" məlumat yayıb .

İdmançı Tinder-də hesab açıb. O, profilində “Beşiktaş”ın peşəkar futbolçusu olduğunu qeyd edib və klubun futbolkasında fotosunu yayımlayıb.

Delibaş "Beşiktaş"ın məzunudur. Bu mövsüm o, komandanın iki oyununda iştirak edib.

Artıq futbolçunun gedişi "Beşiktaş"ın rəsmi saytında da təsdiqlənib.

“Peşəkar futbolçu Emirhan Dəlibaşla qarşılıqlı razılaşma əsasında yollarımızı ayırdıq. Emirhan Dəlibaşa gələcək karyerasında uğurlar arzulayırıq”, - deyə məlumatda bildirilir.

Futbolçunun özü ona böhtan atıldığını və tanışlıq saytındakı hesabının saxta olduğunu bildirib.

Türkiyə çempionatında 25 matçdan sonra 40 xalla "Beşiktaş" turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. “Qalatasaray” 29 xalla liderdir.