Böyük Britaniya məktəblərdə mobil telefonları qadağan edir.

"Unikal" xəbər verir ki, bu barədə məlumat ölkənin Təhsil və Elm Nazirliyinin tərtib etdiyi yeni təlimatlarda öz əksini tapıb.

Belə qadağanın məqsədi iğtişaşları minimuma endirmək və siniflərdə şagird davranışını yaxşılaşdırmaqdır.

Telefonu gizlicə sinfə keçirməyə cəhd edənlər dərsdən sonra qalma və cihazın məktəb direktorunun "lazımlı hesab etdiyi" müddətə müsadirə olunma riski ilə üzləşəcəklər.

Müəllimlərə istənilən şagirdin bel çantasında axtarış aparmaq hüququ, habelə müsadirə edilmiş mobil telefonun itirilməsi və ya zədələnməsi ilə bağlı valideynlərin məhkəmə iddialarından qanuni müdafiə hüququ verilib.

Şagird telefonunu evdə qoya bilmirsə, onu girişdə məktəbin əməkdaşlarına təhvil verməli və ya cihazı özləri üçün nəzərdə tutulmuş şkafda yerləşdirməlidir.

Nuranə Abbasova