Gürcüstanın dövlət sərhədini qanunsuz keçməyə görə cinayət məsuliyyəti müəyyən edilir.
"Unikal"
xəbər verir ki, bu barədə İnsan Hüquqlarının Müdafiəsi və Mülki İnteqrasiya Komitəsinin iclasında danışılıb.

Daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze deputatlara Cinayət Məcəlləsinə edilən dəyişikliyi təqdim edib.

Onun sözlərinə görə, miqrantın Gürcüstanda qalmasının qeyri-qanuni təşviqinə görə də cinayət məsuliyyəti müəyyən edilir.

“Cinayət məsuliyyəti az ağır cinayətlərin hazırlanmasına görə müəyyən edilir, məsələn: Gürcüstanın dövlət sərhədini qanunsuz keçmə (və miqrantın Gürcüstanın dövlət sərhədinə qanunsuz aparılması və ya onun Gürcüstanda qalması üçün müvafiq şəraitin yaradılması və şəraitinin pozulması), - Aleksandre Daraxvelidze bildirib.

Onun sözlərinə görə, beynəlxalq müdafiə ilə bağlı müvafiq yekun qərarda əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin beynəlxalq mühafizəyə ehtiyacı olmadığı müəyyən edilərsə, o, cinayət məsuliyyətindən azad edilməyəcək.

“İstintaq orqanına qeyd olunan cinayətlərin hazırlanması barədə məlumat daxil olduqdan sonra istintaqa başlamaq səlahiyyəti verilir. Dəyişiklik ən yüksək məbləğ müəyyən edilmədiyi halda minimum məbləği 2000 lari olan cəzalardan biri kimi cəriməni nəzərdə tutur və hakim bunu törədilmiş cinayətin ağırlığını və cinayəti məhkum edilmiş şəxsin maddi vəziyyətini nəzərə alaraq müəyyən edəcək. Məhkumun maddi vəziyyəti onun əmlakı, gəliri və digər hallarla müəyyən edilir. Qanun layihəsində cəza olaraq azadlıqdan məhrum etmə də nəzərdə tutulub”, - məlumatda qeyd olunur.