Gəncədə 4 nəfər dəm qazından zəhərlənib.

"Unikal" xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, 4 uşaq - 2015-ci il təvəllüdlü Zəhra Qasımova, 2016-cı il təvəllüdlü Həsən Qasımov, 2011-ci il təvəllüdlü Məryəm Qasımova və 2010-cu il təvəllüdlü Məryəm Qasımova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, uşaqlar yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Tural Əhmədov