Rusiya prezidenti Vladimir Putinin Sankt-Peterburqun keçmiş qubernatoru Anatoli Sobçakın komandasında işlədiyi vaxtdan olan vizit kartı Avito-nun müvafiq elanında 300 min rubla satışa çıxarılıb.

"Unikal" xəbər verir ki, vizit kartının sahibi onu şəxsən Rusiya liderinin əlindən alıb.

Putin kartı satıcıya 90-cı illərdə Leninqrad şəhərindəki görüşdə təqdim edib , təsvirdə göstərilir. Elana görə, vizit kartı orijinaldır və hazırda Yekaterinburqdadır.

Daha əvvəl Sankt-Peterburqda keçirilən elektron hərracda Rusiya prezidentinin 1990-cı illərdə Leninqrad şəhər Xalq Deputatları Sovetində işlədiyi vaxta aid vizit kartı satışa çıxarılıb. Onun şəhər meriyasının xarici əlaqələr komitəsinin rəhbəri kimi imzaladığı sənəd də təqdim olunub. Hazırkı dövlət başçısı bu vəzifəni 1991-1996-cı illərdə tutub. Fevralın 8-də aparıcı təklif 44 min rubl olub.