Müğənni Matranq (Alan Xadzaraqov) Phuketdə saxlanılaraq polis bölməsinə aparılıb.

"Unikal" xəbər verir ki, bu barədə sənətçinin özü məlumat verib.

“Maşında sürürəm. Məni harasa polis bölməsinə aparırlar, dedilər”, - Matrang İnstaqram səhifəsində canlı yayımda bildirib.

Müğənninin dediyinə görə, həbsin mümkün səbəbi tanımadığı şəxs üçün yerli kartla ianə toplamaq olub. Musiqiçi daha əvvəl pərəstişkarlarından polislə problem üzündən kömək istəyən naməlum gəncə pul vermələrini istəyib.