BMT Təhlükəsizlik Şurasının Rusiyanın təklifi ilə çağırılan və terrorizmlə mübarizəyə həsr olunmuş “Arria formulu” üzrə qeyri-rəsmi iclası fevralın 20-dən qeyri-müəyyən müddətə təxirə salınıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəliyinin mətbuat xidməti məlumat yayıb.

“Sizə bildirmək istərdik ki, BMT Təhlükəsizlik Şurasının iş qrafikində dəyişikliklərlə əlaqədar bu iclas növbəti bildirişə qədər təxirə salınıb”, - deyə bəyanatda bildirilir.