Prokuror Volqoqradda məscidin yaxınlığında Quranı yandırmaqda təqsirləndirilən Nikita Juravelin 3,5 il müddətinə azadlıqdan məhrum olunmasını tələb edib. 

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

Prokurorluğun nümayəndəsi Milana Baitayeva deyib: "Hökmləri qismən əlavə etməklə ümumi rejimli islah koloniyasında çəkilməsi üçün üç il altı ay azadlıqdan məhrumetmə cəzası təyin edəcəyik". 

Ağarza Elçinoğlu