Türkiyənin Mersin şəhərində azyaşlı qızına spirtli içki içdirən ana saxlanılıb. 

"Unikal" xəbər verir ki, 3 yaşlı qız Ailə və Sosial Xidmətlər İl Müdirliyi qrupları tərəfindən götürülərək yataqxanaya yerləşdirilib.

Məlum olub ki, qadın qızına sosial şəbəkədə canlı yayım zamanı içki içdirib və onu döyüb. Sözügedən görüntülərdən sonra polis tərəfindən nəzarətə götürülən ana barəsində cinayət işi açılıb.