"Hadisə olmasaydım İstanbul mənim üçün daha gözəl yer olardı. Şikayətçi deyiləm, amma istədiyim yerə gedə, rahat gəzə bilmirəm. Xaricdə daha rahat gəzirəm".
"Unikal" xəbər verir ki, bunu türkiyəli müğənni Hadisə "Purple Hej" kanalına müsahibəsində deyib.
O, məşhurluğun həyatında yaratdığı çətinliklərdən şikayətlənib.
"Bəzi dövrlər heç bir musiqiyə dözə bilmirəm. Siyahıda hər zaman eyni adlar olur. Hər kəs mənim "Qalatasaraylı" olduğumu düşünür. Lakin heç bir komandanı tutmuram".