Rusiyada vəfat edən müxalif siyasətçi Aleksey Navalnının qardaşı Oleq Rusiyada növbəti dəfə axtarışa verilib.

"Unikal" xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin axtarış məlumat bazasında onun məlumatlarını qeyd edib.

Oleqin Rusiya Cinayət Məcəlləsinin hansı maddəsi ilə axtarıldığı açıqlanmayıb.
TASS hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadla Oleq Navalnıya qarşı yeni cinayət işi açıldığını xəbər verib.