Rusiya Daxili İşlər Nazirliyi amerikalı senator Lindsi Qremi barəsində yeni cinayət işi başlandıqdan sonra onu yenidən cinayətkarlar siyahısına salıb.

"Unikal" xəbər verir ki, bu departamentin axtarış məlumat bazasında qeyd olunub. 

“9 iyul 1955-ci il təvəllüdlü, amerikalı Qrem Lindsi Olin Cinayət Məcəlləsinin maddəsi ilə axtarışdadır”, - departamentin məlumat bazasında hansı maddə ilə göstərildiyi göstərilmir. Qremin yenidən axtarışa verildiyi qeyd edilir.

Senator Qrem Rusiya əleyhinə mövqeyi ilə tanınır. O, Rusiya Federasiyasına qarşı sanksiyaların sərtləşdirilməsi üçün müxtəlif variantlar təklif edib. Fevralın 18-də o, növbəti dəfə Aleksey Navalnının ölümünü bəhanə edərək Rusiyanın ABŞ-ın terrora sponsorluq edən ölkələr siyahısına daxil edilməsini təklif edib.