Mərmərə dənizində batan yük gəmisində SAS (Sualtı Müdafiə Qrupu Komandanlığı) tərəfindən daha bir nəfərin meyiti tapılıb.

"Unikal" xəbər verir ki, meyitin gəmi batarkən həyat yoldaşına video göndərən Hüseyn Tutuka aid olduğu müəyyən edilib.

Xatırladaq ki, Batuhan A. adlı yük gəmisi fevralın 15-də Mərmərə dənizində İmralı sahillərində baş verən fırtına nəticəsində batıb.