İsrailin Qəzzaya hücumları başlayandan bəri 131 jurnalist öldürülüb.

"Unikal" xəbər verir ki, hesabat Qətərin beynəlxalq əməkdaşlıq naziri Lolo Əl-Xatərin İsrailin jurnalistləri hədəfə almaq və öldürmək üzrə rekorda imza atdığını elan etməsindən sonra dərc edilib.

O əlavə edib: “Beynəlxalq ictimaiyyət Qəzzada işğalçı sionistlərin qətllərinə susmağa davam edir və işğalçı qüvvələr cinayətlər törətməkdə və insanları qətlə yetirməkdə davam edir.

Rəsmi İsrailin Qəzzayə hücumunu “uşaqların qətliamı” adlandırıb və bəyan edib ki, Qəzzadakı müharibə Qərbin ikili standartlarını bütün dünyaya ortaya qoyub.
Qətərin beynəlxalq əməkdaşlıq nazirinin sözlərinə görə, İsrail ordusu insan haqları ilə bağlı BMT konvensiyalarının və nizamnamələrinin bütün qanunlarını pozub.

Xatırladaq ki, Fələstin anklavının Səhiyyə Nazirliyinin məlumatına görə, ötən il oktyabrın 7-dən etibarən TSAXAL-ın əməliyyatları nəticəsində həlak olanların sayı 28 858 nəfərə, yaralıların sayı isə 68 677 nəfərə çatıb.