Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlər Ermənistanla müttəfiqlik əlaqələrinin inkişafına diqqətini saxlayır, İrəvan müttəfiq olaraq qalır və təşkilatda fəaliyyətini davam etdirir.

"Unikal" xəbər verir ki, bu barədə KTMT-nin baş katibi İmanqali Tasmaqambetov “International Affairs” jurnalında dərc olunan məqaləsində bildirib. 

“Təşkilat Ermənistan-Azərbaycan sərhədində vəziyyətin monitorinqi üçün sülhməramlı missiya göndərməyə hazır idi, lakin bu işin son hissəsində İrəvan sülh müqaviləsinin bağlanması ilə əlaqədar müvafiq sənədin gündəlikdən çıxarılmasını xahiş etdi.

Eyni zamanda, Ermənistanın təşkilatda işi davam edir, İrəvanın KTMT çərçivəsində çoxtərəfli təmasları işlək vəziyyətdədir. Ermənistan müttəfiq olub və qalır.

KTMT ölkələri də öz növbəsində Ermənistan Respublikası ilə müttəfiqlik əlaqələrinin inkişafına diqqətini davam etdirir”, - Tasmaqhambetov qeyd edib.