İngiltərənin "Kroydon" klubunun futbolçusu Rayan Holl matçın start fitindən dərhal sonra meydanın mərkəzindən qol vurub.

"Unikal" xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Holla vurmaq üçün cəmi 2,31 saniyə lazım olub ki, bu da futbol tarixinin ən sürətli qolu olub. “Kroydon” futbolçusunun bu nailiyyətini Ginnesin Rekordlar Kitabına daxil etmək üçün ərizə verib.

Lakin Ginnesin Rekordlar Kitabının nümayəndələri Rayan Hollin rekordunu nəzərdən keçirməkdən imtina ediblər.

“Qol əla idi. Buna görə də peşəkar futboldan kənar nailiyyətləri qeydə almamağımız bizim üçün daha ağrılıdır”, – Rekordlar Kitabının bəyanatında deyilir.