ABŞ-də yerli zəhərli kərtənkələ sahibini öldürüb.

"Unikal" xəbər verir ki,  hadisə Kolorado ştatında qeydə alınıb. 

Ştat sakini 34 yaşlı Kristofer Uordun evdə iki zəhərli Arizona kərtənkələ saxlayırmış.  Uinston adlı sürünən qəfəsdən çıxıb sahibinin əlini dişləyib. Bundan sonra kişi yerə yıxılıb, şiddətlə qusmağa başlayıb və ürəyi dayanıb. Kişinin meyiti sevgilisi tərəfindən aşkarlanıb. 

Hadisədən sonra hər iki zəhərli kərtənkələ vəhşi təbiətin bərpası mərkəzinə aparılıb. Bundan əlavə, evdə tarantula hörümçəyi də daxil olmaqla müxtəlif növlərdən olan 26 hörümçək tapılıb.

Gülayə Mecid