İspaniyanın şərqindəki Valensiya şəhərinin mərkəzində müxtəlif bloklardan ibarət 14 mərtəbəli yaşayış binasında yanğın baş verib.

"Unikal" xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb, 20 nəfər itkin düşüb. İlkin məlumata görə, davam edən yanğında 3-ü yanğınsöndürən olmaqla 13 nəfər xəsarət alıb.

Hadisədən sonra Baş nazir Pedro Sançes mətbuata açıqlama verib. 

"Baş vermiş dəhşətli yanğın məni dəhşətə gətirir. Yanğından zərər çəkən hər kəslə həmrəy olduğumu və hadisə yerində olan bütün fövqəladə hallar işçilərinə təşəkkürümü bildirmək istəyirəm”, -deyə o bildirib.

Zərifə Nağıyeva