Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi Aparatının rəhbəri vəzifəsinə təyinat olub.

"Unikal" xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidovun əmri ilə sözügedən vəzifəyə Vəli Adəm oğlu Səfərov təyinat alıb.

Qeyd edək ki, Vəli Səfərov bu təyinatadək Naxçıvan Dövlət Filarmoniyasının direktor müavini vəzifəsində çalışırdı.

Bundan başqa, nazir vəzifəsinin icraçısı Həsən Seyidovun digər əmri ilə Həsən Nizami oğlu Kərimov müddətli əmək müqaviləsi əsasında Naxçıvan Şəhər Mədəniyyət İdarəsinin müdiri vəzifəsinə təyinat alıb.