1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Xocalı şəhərinin işğalı zamanı azərbaycanlılara qarşı törədilən soyqırımdan 32 il ötür.

"Unikal" xəbər verir ki, indi Xocalıda üçrəngli Azərbaycan bayrağı dalğalanır, şəhərə yenidən nəfəs gəlib. Xocalılar doğma yurda qayıtmağa hazırlaşır. Onlardan biri də 32 il öncə, 9 yaşında ermənilərə əsir düşən Ləfxanımdır(Lətifxanım). Hər kəs Lətifxanımı Milli Qəhrəman Çingiz Mustafayevin vaxtı ilə onunla etdiyi müsahibədən tanıyır.