"Bakı-Sumqayıt arası olan dəmir yolunun infrastrukturu yenidən qurulacaq".

"Unikal" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov deyib. 

Onun sözlərinə görə, bunun üçün böyük məbləğdə investisiya tələb olunur.

"Qatarların gecikməyi dünyanın hər yerində olur. Qeyri-normal hava şəraitində gecikmələr, texniki problemlər baş verir. Bizim dəmir yollarında bunun köklü  səbəbi köhnə infrastrukturla əlaqəlidir. Bakı Sumqayıt arası olan dəmir yolunun infrastrukturu yenidən qurulması planda var".

Anar Kəlbiyev