Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar fevralın 26-da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi Xocalı soyqırımı abidəsini ziyarət ediblər.

"Unikal" xəbər verir ki, abidə önünə gül dəstələri düzülüb, faciə qurbanlarının əziz xatirəsi ehtiramla anılıb.