Bu gün İrəvanda bomba xəbərdarlığı elan edilib. 

"Unikal" xəbər verir ki, bu barədə Erməni KİV məlumat yayıb. 

Bildirilib ki, Qulbenkian 30/3 binasının həyətinə bomba qoyulması və onun partlamaq üzrə olduğu barədə məlumat verilib.

Qeyd olunub ki, Ermənistanın hakim partiyasının ofislərindən biri həmin ünvanda yerləşir.

Hadisə yerinə Ermənistan daxili işlər nazirinin müavini, polis rəisi Aram Ovanisyan da gedib Hazırda Milli Təhlükəsizlik Xidmətinin xüsusi qrupları hadisə yerində işləyir.

Ağarza Elçinoğlu