Peruda son həftələrdə artan “Denge” qızdırması halları ilə əlaqədar təcili vəziyyət elan edilib.

"Unikal" xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyi bu ilin 7 həftəsində qeydə alınan “Denge” qızdırması hallarının ötən ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə artdığını açıqlayıb. Fövqəladə vəziyyət paytaxt Lima və 24 bölgəni əhatə edəcək.

Qeyd edək ki, tropik və subtropik bölgələrdə baş verən Denge qızdırması insanlara ağcaqanadlar vasitəsilə keçir. İnkubasiya dövründən sonra ümumiyyətlə yüngül qızdırmaya səbəb olan xəstəlik bəzi hallarda ölümlə nəticələnə bilir. Ümumiyyətlə, "yağışlı dövrlər" kimi tanınan mart, iyun, sentyabr və dekabr aylarında hallar daha da artır.

Zərifə Nağıyeva