"Ukrayna torpaqlarında Avropa dövlətləri və ya NATO ölkələri tərəfindən ora göndərilən quru qoşunları və ya əsgərlər olmayacaq".

"Unikal" xəbər verir ki, bunu Almaniya Kansleri Olaf Şolts deyib. 

Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq də alyansın Ukraynaya qoşun yeritmək planının olmadığını bildirib. Buna baxmayaraq, Fransa prezidenti Emmanuel Makron bildirib ki, Qərb qoşunlarının Ukraynaya göndərilməsi ehtimalı  istisna oluna bilməz.

Makronun bu bəyanatından sonra Kreml Qərb qoşunları Ukraynaya göndərilsə, NATO ilə Rusiya arasında birbaşa hərbi münaqişə qaçılmaz olacağı barəsində xəbərdarlıq edib. 

Gülayə Mecid