Birləşmiş Ştatlar Azərbaycan və Ermənistanı uzunmüddətli razılaşma əldə etməyə çalışmağa çağırmaqda davam edir.
"Unikal" xəbər bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinqdə deyib.
“Mənim heç bir elanım yoxdur, lakin biz hər iki tərəfi uzunmüddətli razılığa gəlməyə çalışmaq üçün təşviq etməyə davam edirik” dedi.
Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün fevralın 28-29-da Berlində keçirilməsi planlaşdırılır.
Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasına işgüzar səfərə gedib.
Səfər çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında “Sülh və dövlətlərarası münasibətlərin qurulması üzrə ikitərəfli saziş” layihəsi üzrə danışıqların növbəti raundunun, habelə Almaniya rəsmiləri ilə görüşlərin keçirilməsi planlaşdırılır.
2023-cü ilin dekabrında ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen bildirmişdi ki, dövlət katibi Antoni Blinken sülh sazişi üzrə danışıqlar aparmaq üçün tezliklə xarici işlər nazirləri Bayramov və Mirzoyanı Vaşinqtonda qəbul etməyə ümid edir.