Rusiya Prezidenti Vladimir Putin Azərbaycanla müttəfiqlik əlaqələrinin vacibliyindən danışıb. 

"Unikal" xəbər verir ki, Rusiya prezidentinin sözlərinə görə, bu, xalqlar arasında etimadı gücləndirir.

“Bundan əlavə, əməkdaşlıq qarşılıqlı faydalı ticarət, investisiya və humanitar əlaqələrin təşviqi, hər iki ölkə vətəndaşlarının rifahının yaxşılaşdırılması üçün şərait yaradılması imkanlarını genişləndirir”, - Putin 12-ci ikitərəfli regionlararası forumun iştirakçılarına təbrikində bildirib.

Rusiya lideri tədbirdəki müzakirələrin faydalı və konstruktiv olacağına, həmçinin yeni perspektivli ideya və təşəbbüslərə əsas verəcəyinə əminliyini ifadə edib.