Britaniya kral ailəsi sağlamlıq problemləri ilə gündəmə gəlməkdə davam edir. Bir müddət əvvəl şahzadə Keyt əməliyyat olunmuş və Kral Çarlza da xərçəng diaqnozu qoyulmuşdu. Kralın sağlamlıq vəziyyəti ilə bağlı irəliləyişlər paylaşılmağa davam edərkən, Uels şahzadəsinin bir müddətdir gözdən uzaq olması bir çox söz-söhbətlərə səbəb olub. 

"Unikal" xəbər verir ki, məsələ ilə bağlı Saraydan açıqlama verilib. Açıqlamada Şahzadənin əməliyyat olunduğu və təxminən 2 həftə xəstəxanada qalacağı bildirilib.

42 yaşlı Şahzadənin keçirdiyi əməliyyata görə tədbirlərə qatıla və səyahət edə bilməyəcəyi paylaşılıb. Əməliyyatın təfərrüatları açıqlanmasa da, bunun planlı əməliyyat olduğu və "qarın nahiyəsi" ilə əlaqəli olduğu bildirilib.

Zərifə Nağıyeva