Diplomatiya Forumu çərçivəsində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.

“Unikal” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirib.

Görüşdə iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran aktual məsələlər, habelə cari regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov Azərbaycanın sülh səyləri, eləcə də sülh prosesinin cari vəziyyəti və ölkəmizin baxışları barədə qarşı tərəfi məlumatlandırıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə olunub.

***

15:10

Azərbaycan və Rusiya XİN rəhbərlərinin Antalyada görüşü keçirilir.

"Unikal" xəbər verir ki, Ceyhun Bayramov və Sergey Lavrovun görüşü Antalya Diplomatiya Forumu 2024 çərçivəsində baş tutub.

Bundan əvvəl, Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidanla görüşüb.

***

09:47

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalya Diplomatik Forumunda iştirak etmək üçün Türkiyəyə gəlib.

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

Lavrov tədbir çərçivəsində türkiyəli həmkarı Hakan Fidanla da danışıqlar aparacaq.

Nazirlərin ilk növbədə ikitərəfli əməkdaşlığın vəziyyətini və qarşılıqlı maraq doğuran sahələrə (ticarət, enerji, təhlükəsizlik, bank işi və turizm) aid məsələləri müzakirə edəcəyi gözlənilir.

Forum çərçivəsində Lavrovun Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Özbəkistanın xarici işlər naziri Bəxtiyor Saidov, Qırğızıstanın xarici işlər naziri Cinbek Kulubayev, eləcə də Esvatini kralı Üçüncü Msvati ilə bir sıra ikitərəfli görüşləri də planlaşdırılır. 

Ağarza Elçinoğlu