Azərbaycan Ermənistandan hələ də “miatsum” elementini özündə əks etdirən hüquqi və konstitusiya sənədlərinə, eləcə də digər ərazi iddialarına dair aydınlıq gətirməsini gözləyir.
"Unikal" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalyada keçirilən III Diplomatiya Forumu çərçivəsində “Cənubi Qafqazda sülh, inkişaf və kommunikasiya” mövzusunda panel müzakirəsində deyib.
Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan BMT-nin özünümüdəfiə haqqından istifadə edərək 30 il ərzində işğal altında olan ərazilərini azad edib.
“Azərbaycanın gündəliyi sülh və regional əməkdaşlıqdan ibarətdir. 2020-ci ildəki müharibədən sonra Azərbaycan Ermənistanla sülh müqaviləsinə dair 5 fundamental prinsip hazırlayıb. Tərəflər arasında diplomatik danışıqlar davam edir. Münxen Təhlükəsizlik Konfransı çərçivəsində liderlərin görüşü məhsuldar və pozitiv atmosferdə keçib”, - Prezidentin köməkçisi vurğulayıb.