Türkiyə və Ermənistanın xüsusi nümayəndələri İrəvanda görüşə bilərlər.

"Unikal" xəbər verir ki, bunu Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç Antalyada 2024-cü il Diplomatik Forumu çərçivəsində keçirilən “Cənubi Qafqazda sülh, inkişaf və əlaqələr” panelində çıxışı zamanı deyib.

"Nə qədər ki, fürsətim var, mən cənab Rubenə gələn həftə İrəvanda görüşməyi və bunu tarixi bir məqama çevirməyi təklif etmək istərdim", - deyə diplomat qeyd edib. 

Ermənistanın Türkiyə ilə münasibətlərin tənzimlənməsi üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan türk həmkarəna belə cavab verib: "bunu birlikdə müzakirə edəcəyik. Harada və nə vaxt görüşəcəyimizi bu gün daha sonra müzakirə edəcəyik". 

Ağarza Elçinoğlu