Dövlət bankı "Azər Türk Bank" istehlak kreditləri üzrə, müştərilər üçün daha sərfəli, yeni kampaniyaya başlayır.
"Unikal" xəbər verir ki, cari ilin 01 mart tarixindən start götürən kampaniya müddətində fiziki şəxslərə illik faiz dərəcəsi 11%-dən başlayan kreditlər təklif edilir.
Həmçinin, müştərilər 24 ayadək olan kreditləri illik faiz dərəcəsi 13% həcmində olmaqla əldə edə biləcəklər.
36, 48 ayadək olan kreditlərin illik faiz dərəcəsi, müvafiq olaraq, 14%, 15% səviyyəsindədir Qeyd edək ki, 24 ayadək götürülən kreditlər üzrə heç bir komissiya nəzərdə tutulmamışdır.
Hər bir şəxsin zaminlə ala biləcəyi kreditin maksimal məbləği 40 000 manatdır. "Azər Türk Bank"ın internet səhifəsində krediti online sifariş vermək olar.
Kampaniya 30 mart daxil olmaqla, həmin tarixədək davam edəcəkdir.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.