Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 3-cü Antalya Diplomatiya Forumu çərçivəsində ATƏT-in baş katibi Helqa-Mariya Şmidlə görüşüb.
“Unikal” xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.
Görüş zamanı Azərbaycan ilə ATƏT arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.