İmişlidə yeniyetmə dəm qazından boğulub.
"Unikal" xəbər verir ki, hadisə İmişli rayonu Otuziki kəndində qeydə alınıb.
2007-ci il təvəllüdlü Rüstəmova Gülnurə Bayram Qızı hamam otağında dəm qazının təsirinə məruz qalıb.
Yeniyetmə İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.