Konqo Respublikası Prezidentinin beynəlxalq strategiya üzrə müşaviri Fransuaz Coli Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşüb. 

"Unikal" xəbər verir ki, bu barədə Hikmət Hacıyev özünün "X" sosial şəbəkəsində yazıb. 

"Konqo Respublikası Prezidentinin beynəlxalq strategiya üzrə müşaviri Fransuaz Coli ilə görüşməkdən və ölkələrimiz arasında siyasi, enerji, iqtisadi, humanitar və digər sahələrdə ikitərəfli əlaqələrin inkişafını müzakirə etməkdən məmnunluq duyuruq, çünki Azərbaycanın Afrika ölkələri və Qoşulmama Hərəkatı ilə ənənəvi dostluq əlaqələri mövcuddur. Sədrlik ikitərəfli və çoxtərəfli əməkdaşlığımızı daha da genişləndirmək üçün yaxşı platforma yaratdı. COP29 Konqo Respublikası ilə birgə qarşılıqlı fəaliyyətimiz üçün daha bir geniş imkandır", - deyə diplomat yazıb. 

***01:11

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşüb.

"Unikal" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı Səfirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə qarşılıqlı maraq doğuran bir sıra mövzular müzakirə olunub.