Martın 6-da saat 16 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, Üzümçülük yaşayış massivinin ərazisindən keçən su kanalında 1968-ci il təvəllüdlü Cəfərov Akif Əbülfəz oğlunun meyiti aşkar olunmuşdur.
Baş Prokurorluğun Mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, meyitin xarici müayinəsi zamanı onun üzərində hər hansı xəsarət izi müəyyən edilməmişdir.
Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.
*** 19:17
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonunun Saray qəsəbəsində bataqlıq ərazidə suyun üzündə naməlum kişi meyitinin aşkarlanması ilə bağlı məlumat daxil olub.
Nazirlikdən "Unikal"a verilən məlumata görə, məlumatla əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.