Fransa prezidenti Emmanuel Makron Fransanın TF1 telekanalına müsahibəsində ilk dəfə 70 yaşlı həyat yoldaşı Bricitin kişi doğulması və cinsiyyətini dəyişdirməsi ilə bağlı şayiələrə münasibət bildirib.

"Unikal" xəbər verir ki, Makron bunları yalan adlandırıb.

“Bunlar yalan məlumatlar və uydurma ssenarilərdir. İnsanlar sonda onlara inanır və sizi, hətta yaxınlarınızı belə təqib edirlər”, - deyə prezident bildirib.

Qeyd edək ki, Makronla xanımı 2007-ci ildə ailə qurublar. İlk dəfə 52 yaşlı kəşfiyyatçı Amandine Roy Fransa prezidentinin həyat yoldaşının kişi doğulduğunu açıqlayıb. Söz-söhbətlər 2022-ci ildə, prezidentin yenidən seçilmək üçün kampaniya apardığı zaman ifrat sağ qüvvələr tərəfindən fəal şəkildə yayılıb.