Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) hakimləri plenar iclasda Putinin həbsinə order verən hakimlərdən biri olan Tomoko Akaneni məhkəmənin rəhbəri vəzifəsinə seçiblər.

"Unikal" "The Insider"ə istinadən xəbər verir ki, hakim Rosario Salvatore Aitala birinci vitse-prezident, hakim Rein Alapini-Qansu isə ikinci vitse-prezident seçilib.

Rəyasət Heyətinin üzvləri dərhal səlahiyyətlərinə daxil olmaqla üç il müddətinə seçilirlər.

Tomoko Akane 17 mart 2023-cü ildə Rusiya Prezidenti Vladimir Putin və Rusiyanın Uşaq Ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order verən hakimlər arasında idi.