Xaçmaz rayonunda intihar hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, rayonun Maqsudkənd kənd sakini, 1997-ci il təvəllüdlü Əliyev Pərvin Səbri oğlunun cəsədi Xudat şəhəri yaxınlıqındakı meşəlik ərazisində ağacdan asılı vəziyyətdə tapılıb.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.
Xatırladaq ki, P.Əliyev martın 11-də evdən çıxaraq bir daha geri qayıtmamışdı.
Hadisə ilə bağlı araşdırma aparılır.
Xanlar Qaraca