Tavuşdan kəndləri heç kim başqa ölkəyə verə bilməz. 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı deyib. 

XİN rəhbəri Azərbaycana məxsus kəndlərin təhvil verilməsi ilə bağlı suala belə cavab verib: "Bu aksiomatik həqiqətdir və bunun üçün hüquqi mexanizmlər təminat üçün nəzərdə tutulub. Biz Tavuş bölgəsindən kəndlərin təhvil verilməsi ilə bağlı danışıqlar aparmırıq". 

Mirzoyan həmçinin Roma Nizamnaməsinin ratifikasiyasının əsas məqsədlərindən də danışıb: "Biz Roma Statutunu ratifikasiya etdik ki, bu və Beynəlxalq Cinayət Məhkəməsinin bir hissəsi olmaq bizim təhlükəsizlik səviyyəmizi artıracaq". 

Ağarza Elçinoğlu