Amerika səfirliyində gənclərlə görüş keçirildi
Amerika səfirliyində gənclərlə görüş keçirildi

Aqil Səmədbəyli:
"Bu görüş gənclər üçün ciddi stimul olacaq"

Dünən ABS-ın Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə müsaviri Brigette Buchet, mədəniyyət və təhsil müşaviri Christofer Jones və digər əməkdaşlarla ölkədəki müxtəlif gənclər təşkilatlarının təmsilçiləri arasında göruş olub. Göruşdə ADP, AXCP, Musavat, VHP gənclər təşkilatlarının sədrləri, habelə Dalga, Nida, Müsbət Dəyişikliklər Gənclər hərəkatlarının nümayəndələri iştirak ediblər.

Gənclər təşkilatları nümayəndələr ilə ABS səfirliyi əməkdaşları arasında 17 mart və 8 aprel mitingləri ilə bağlı müzakirələr olub.
Görüşdə iştirak edən ADP Gənclər təşkilatinin sədri Cəmil Hacıyev ABS nümayəndə heyətinə bildirib ki, "Son zamanlar gənclərə qarşı həbslər, təqib və təzyiqlər artmaqdadır. Biz bir neçə siyasi partiyaların Gənclər Təşkilatları bitərəf Gənclər olaraq Gənclərin hüquqlarını müdafiə Komutəsini (GHMK) yaratdıq. Məqsədimiz Azərbaycanda demokratiyanın qurulması olduğu üçün biz koalisiya yarada bilmişik".
Daha sonra Cəmil Hacıyev 17 mart və 8 aprel mitinqlərində olan neqativ halların 22 aprel mitinqində də təkrar olunmaması ilə əlaqədar səfirlik əməkdaşlarına fikirlərini çatdırıb.
AXCP Gənclər Komitəsinin sədri Əbulfəz Quranlı bildirib ki, hakimiyyətdən gələn təpgilərin olması təşkilata yeni-yeni gənclərin gəlməsinə maneələr yaradır.
Musavat Gənclər Təşkilatı sədrinin müavini Səxavət Soltanlı siyasi məhbusların azad olunmamasını və bu məsələdə beynəlxalq dəstəyin az olmasından söhbət açıb.
Müsbət Dəyişiklik Gənclər Təşkilatından Rəşad Həsənlı bildirmişdir ki, vətənaşların mülkiyyət hüququ pozulur və bu məsələ GHMK tərəfindən ciddi nəzarətdədir.
İctimai Palatanın üzvü Aqil Səmədbəylinin sözlərinə görə, indiki vəziyyətdə ABŞ səfirliyinin gənclərlə görüş təşkil etməsi həm cəmiyyətə, həm Azərbaycan hakimiyyətinə ciddi bir mesajdır: "ABŞ bu görüşlə demək istəyir ki, ölkədə demokratik dəyişikliklərin aparılması qaçılmazdır və bu problem Amerika hökumətinin Azərbaycana münasibətində prioritet təşkil edir".
Aqil bəyin dediyinə görə, İctiami Palatanın təşkil etdiyi 8 aprel mitinqi icazəli aksiya olsa da, hökumət qurumları camaatın mitinqə getməsinə süni maneələr yaratmışdılar: "Mitinqin keçirildiyi ərazi gözdən iraq bir məkanda yerləşirdi və qəribə idi ki, həmin gün o istiqamətdə marşrut avtobusları işləmirdi. Bu isə mitinqdə iştirak etmək istəyən minlərlə insan üçün problem yaradırdı, amma hökumətin bu fəndi baş tutmadı. Camaatın əksəriyyəti mitinq keçiriləcək əraziyə piyada gedirdi".
Gənc siyasətçinin fikrincə, ""ABŞ Azərbaycandakı vəziyyətə yetərincə bələddir. Hətta deyərdim ki, bizdən də yaxşı bələddir. Ona görə də çalışır ki , ölkədə baş verəcək mühüm dəyişikliklər ərəfəsində situasiyanı obyektiv şəkildə izləyə bilsin. Gənclərlə keçirilən görüşü bu marağın tərkib hissəsi kimi də dəyərləndirmək olar. Fikrimcə, bu görüş gənclər üçün ciddi bir stimul olacaq və gənclər bundan sonra daha da fəallaşacaqlar. Çünki hiss edəcəklər ki, tək deyillər".
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin sözlərinə görə, "Bu gün ölkə sosial-iqtisadi fəlakət girdabındadır. Bu vəziyyətin əsil səbəbkarları irirütbəli dövlət məmurlarıdır. Bu qaniçən məmurlar mənim qardaş qədər sevdiyim möhtərəm Prerzidentimiz İlham Əliyevə də işləməyə imkan vermirlər. O bu xalq üçün çox işlər görə bilər, amma bu məmurlar ona ciddi problemlr yaradırlar. Buna görə də ölkə inqilaba doğru sürüklənir".
Partiya sədrinin sözlərinə görə, "Amerika səfirliyində gənclərlə keçirilən görüşü bu baxımdan təqdir edirəm. Heç kim istəməz ki, Azərbaycan Suriyanın, Misirin gününə düşsün. Vəziyyət belə davam edərsə, bu xalq zülmə tab gətirməyib sözünü deməli olacaq. Mətbuatda mənim sözlərimi təhrif edirlər və fikirlərimi möhtərəm Prezidentə çatdıra bilmirəm. Mən də bir partiya sədri kimi ABŞ səfirliyində keçirdiyim görüşdə fikirlərimi açıqca demişəm. Bu məmurlar xalqı fəlakətə aparır. İmkan vermirlər ki, televiziyalarda sözümüzü də deyək. Telekanallarda camaata bədəni açıq qadın müğənniləri nümayiş etdirməyə üstünlük verilir, amma bnizi bu kanallara çıxıb xalqın yandırıcı dərdlərindən danışa bilmirik".
Savalan