Ermənistan Qarabağda əhalinin azalmasının qarşısını almaq üçün hər cür səy göstərib.

"Unikal" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı deyib.

Mirzoyan deputat Anna Qriqoryanın Qarabağla bağlı sualına belə cavab verib: "Bizim heç bir əlaqəmiz yoxdur, biz çalışırdıq ki, Qarabağ erməniləri orada qalsınlar. Lakin biz burada davamlı olaraq sizdən tənqidlər eşitmişik və buna cavab olaraq Qarabağın siyasi elitası hökuməti dəyişməklə məşğul idi, hakimiyyətə malik olan şəxsi bir neçə günə dəyişdilər, o da Dağlıq Qarabağın ləğvi haqqında fərman verdi".

XİN rəhbəri qeyd edib ki, faktlar göz qabağındadır: "Onlar Stepanakertdə (Xankəndi şəhəri - red.) hüquq məsələsi ilə məşğul olmaq əvəzinə bəzi ərazilərlə bağlı qətnamələr qəbul etdilər. Axırda gedib özlərinin yaratdıqları Dağlıq Qarabağ Respublikasını 2 gündə ləğv etdilər. Bizim günahımız yoxdur. 

Sirr deyil ki, Ermənistanın bütün hakimiyyət orqanları həmişə müəyyən ərazilərin verilməsi ilə bağlı danışıqlar aparıb".

Ağarza Elçinoğlu