Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib.
"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.
Belə ki, Karxana adlanan ərazidə yaşayan 1973-cü il təvəllüdlü Zeynalov Rauf Ağasan oğlu yaşadığı evdə özünü asıb.
Onun meyiti yaxınları tərəfindən aşkarlanıb. Meyit müayinə olunması üçün ölüxanaya təhvil verilib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.