Kanadanın Baş naziri Castin Trüdo tez-tez "dəlicəsinə" işlədiyi vəzifəsindən ayrılmağı düşündüyünü deyib.
"Unikal" xəbər verir ki, bu barədə o, "Radio Canada"ya müsahibəsində deyib.
Trüdonun sözlərinə görə, işi üçün çox fədakarlıqlar edib:
"Mən, az qala, hər gün işimdən ayrılmağı düşünürəm. İşim üçün çox fədakarlıqlarım oldu".
Kanadalı Baş nazir, bununla belə, növbəti seçkilərə qədər vəzifəsində qalacağını vurğulayıb.
Qeyd edək ki, Kanadada növbəti ümumi seçkilər 2025-ci ilin oktyabrına qədər keçirilməlidir.