Almaniyanın "Borussiya Dortmund" komandasının müdafiəçisi Mats Hummels mövsümün sonunda karyerasını bitirmək niyyətindədir.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, 35 yaşlı futbolçu yayda başa çatacaq müqaviləsini yeniləmək istəmir.
İddiaya görə, baş məşqçi Edin Terziçin təcrübəli futbolçuya son turlarda daha az şans verməsi onun bu addımı atmasına səbəb olan amillərdən biridir.