Keçmiş futbolçu Ersen Martin 44 yaşında vəfat edib.
"Unikal" xəbər verir ki, bir zamanlar Türkiyənin "Beşiktaş" və "Trabzonspor" komandalarında forma geyinən alman keçmiş futbolçu müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Martin aorta arteriyasının yırtılması səbəbindən xəstəxanaya yerləşdirilmişdi.
Qeyd edək ki, bir çox komandada forma geyinən 44 yaşlı Ersen Martin 4 dəfə Türkiyə millisində çıxış edib.