Əlcəzair millisi “FİFA series - Edition 2024” layihəsi çərçivəsində Boliviya ilə qarşılaşıb.
"Unikal" xəbər verir ki, görüşdə Əlcəzair millisi 3:2 hesablı qələbə qazanıb.
"Qarabağ"ın futbolçusu Yassin Benzia da Əlcəzair millisinin heyətində iştirak edib. 29 yaşlı yarımmüdafiəçi 2-ci hissədə meydana daxil olub və 79-cu dəqiqədə komandasının 2-ci qolunu vuraraq hesabı bərabərləşdirib. 90+4-cü dəqiqədə Əlcəzair qələbə qolunu rəqib qapısından keçirib.
Qeyd edək ki, Yassin Benzia 5 il yarım sonra Əlcəzair millisinə çağırılıb.