Gəncədə avtomobil ustası bıçaqlanıb.

"Unikal" xəbər verir ki, hadisə şəhərin Pasyolka adalan yaşayış massivində qeydə alınıb.

Belə ki, həmin ərazidə yerləşən avtomobil təmiri sexində rəngsaz işləyən 45 yaşlı Altay Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Hələlik hadisənin kim tərəfində törədildiyi məlum deyil. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Tural Əhmədov